Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib
- 22 sentyabr, 2026
- 22:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) bu ölkədəki nümayəndəliyinin rəhbəri Balaş Hendrixlə görüşüb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Görüş zamanı Azərbaycanın TDT-yə sədrliyi, birgə layihələr, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
Xatırladaq ki, E. Cəfərova sentyabrın 21-də Macarıstanın "Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə mühazirə ilə çıxış edib.
🇦🇿
— AzEmbHungary (@AzEmbHungary) September 22, 2026
Səfir @JafarovaEsmira Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı nümayəndəliyinin rəhbəri Balaş Hendrix ilə görüşüb.
Görüş zamanı Azərbaycanın TDT-yə sədrliyi, birgə layihələr, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında… pic.twitter.com/uvXQ60VKO4