Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək

Qarabağ
  • 12 oktyabr, 2017
  • 04:13
Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

“Report” xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

"ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu" adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.

44 filmi