Ermənilər girov azərbaycanlılarla bağlı növbəti dəfə təxribata əl atıb

Qarabağ
  • 12 fevral, 2015
  • 05:31
Ermənilər girov azərbaycanlılarla bağlı növbəti dəfə təxribata əl atıb

Bakı.12 fevral. REPORT.AZ/ Erməni girovluğunda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma "apelyasiya məhkəməsinin" iclas tarixi açıqlanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, həmin "məhkəmə prosesi" fevralın 26-da keçiriləcək.

Məlumata görə, bunu Şahbaz Quliyevin "vəkili" Arkadi İsraelyan deyib.

Qeyd edək ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının 23-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri işğal olunarkən, azərbaycanlılara soyqırım baş verib.

Xatırladaq ki, 2014-cü il iyunun 29-da Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcərə gediblər. Ermənilər Həsən Həsənovu öldürüb, Dilqəm Əsgərov və Şahbaz Qyuliyevi isə girov götürüblər. 

44 - Tezliklə