BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Qarabağ
- 24 noyabr, 2020
- 05:30
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində 4 dəfə artım olacağını açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə RBK-ya müsahibəsində bildirib.
“Münaqişə böyüdükcə daha çox iş görməli olduğumuzu anladıq. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu məbləğ 45 milyon olacaq. Yəni mövcudluğumuzu dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi isə bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə varlığımızı artırmışıq”, - o deyib.
P.Maurer əlavə edib ki, BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var, həmçinin komitə nümayəndələri Xankəndinə qayıdır, daha bir-iki ofis açmaq planlaşdırılır.
Son xəbərlər
14:09
Foto
Növbəti köç karvanı Kiçik Qaladərəsinə çatıb - YENİLƏNİB-2
Daxili siyasət14:08
"Sumqayıt"ın əməliyyat olunan futbolçusu beş ay sonra yaşıl meydanlara qayıdacaq
Futbol14:07
"Beşiktaş" və "Fənərbağça" Azərbaycan millisinin futbolçuları ilə müqavilə müddətini uzadıb
Futbol14:06
Gürcüstana xarici investisiyalarda Azərbaycan ikinci yerdədir
Maliyyə14:06
İraq neftini Suriya üzərindən nəql edəcək kəmər 15 milyard dollara başa gələ bilər
Digər ölkələr14:04
Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər tutulub
Hadisə13:59
Kuşner və Netanyahu Trampın Qəzzə üzrə sülh planına dair danışıqlar aparırlar
Digər ölkələr13:39
"İmişli" qışda heyətinə qatdığı Nazim Hüseynovla yollarını ayırıb
Futbol13:38