FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub

Komanda
  • 04 noyabr, 2026
  • 22:55
FIBA Avropa Kuboku: Neftçi Bolqarıstan səfərində uduzub

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə beşinci oyununa çıxıb.

"Report"un məlumatına görə, H qrupunda Bolqarıstanın "Lokomotiv" kollektivinin qonağı olan "ağ-qaralar" 72:76 hesabı ilə məğlub olublar.

Oyun Plovdiv şəhərində keçirilib.

Xatırladaq ki, "Neftçi" qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78, Latviyanın VEF kollektivinə 94:110, "Oradya"ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.

44 filmi