Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçirəcək

Qarabağ
  • 02 dekabr, 2015
  • 11:23
Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçirəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Serbiyanın paytaxtı Belqrada gedib.

"Report" xəbər verir ki, vasitəçilər dekabrın 3-4-də Belqradda baş tutacaq ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində bir sıra görüşlər keçirəcək.

Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşəcəyi və danışıqların gedişini müzakirə edəcəyi gözlənilir.