Azərbaycan avarçəkəni Nurlan Paşayev Avropa çempionatında iştirak edəcək

Fərdi
  • 02 sentyabr, 2026
  • 19:52
Azərbaycan avarçəkəni Nurlan Paşayev Avropa çempionatında iştirak edəcək

Azərbaycan avarçəkəni Nurlan Paşayev Polşanın Kruşvitsa şəhərində 23 yaşadək idmançılar arasında akademik avarçəkmə üzrə Avropa çempionatında iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Qitə çempionatı sentyabrın 3-dən 7-dək keçiriləcək.