​Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Qarabağ
  • 23 iyul, 2015
  • 06:00
​Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.