Azad edilmiş ərazilərdə 11 avtomat hidroloji stansiya qurulub

Qarabağ
  • 30 oktyabr, 2026
  • 13:17
Azad edilmiş ərazilərdə 11 avtomat hidroloji stansiya qurulub

İşğaldan azad edilən ərazilərdə hidrometeoroloji stansiyalar qurulub.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclasındakı çıxışında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov açıqlayıb.

V.Kərimov bu çərçivədə 11 hidroloji, 7 avtomat meteoroloji və 4 radioloji stansiyanın qurulduğunu diqqətə çatdırıb:

"İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və əhatə dairəsinin genişləndirilməsi çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi üzrə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 7 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib".

V.Kərimov həmçinin azad olunmuş ərazilərdə biomüxtəlifliyin artırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb:

"Bioloji müxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ərazilərinə 70 başadək (40 baş ceyran, 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik və 3 baş Bezoar keçisi) müxtəlif cinsli fauna növləri reintroduksiya edilib".