ATƏT-in Minsk qrupunun fransalı yeni həmsədri Ermənistan prezidenti ilə görüşüb

Qarabağ
  • 15 dekabr, 2016
  • 05:49
ATƏT-in Minsk qrupunun fransalı yeni həmsədri Ermənistan prezidenti ilə görüşüb

Bakı. 15 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskonti Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda məlumatı ölkə prezidentinin mətbuat xidməti yayıb.

S.Sarqsyan həmsədrlə söhbətində deyib ki, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq, dinc yolla və beynəlxalq hüquq normaları və prinsiplərinə əsasən həll edilməlidir. 

S.Viskonti bildirib ki, münaqişənin həllinin çətinliklərini, vacibliyini, bölgənin rifahı və sabitliyi üçün əhəmiyyətini dərk edir. Ona görə də problemin həlli üçün əlindən gələni edəcək.