Aİ münaqişə tərəfləri arasında görüşlərin bərpasına ümid edir

Qarabağ
  • 17 iyun, 2020
  • 14:45
Aİ münaqişə tərəfləri arasında görüşlərin bərpasına ümid edir

“Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdəki münaqişələr Avropa İttifaqını narahat edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı Brüsseldə keçirilən mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəflərlə əlaqə saxlayır, lakin COVID-19 pandemiyası dövründə fiziki görüşlər üçün imkan olmadığına görə iş aparmaq çətindir.

Mətbuat konfransında bildirilib ki, T.Klaar münaqişələrin gərginləşməyəcəyinə ümid edir: “Son üç ay ərzində Avropa İttifaqı bəzi gərginliklərin qarşısını ala bilsə də, ciddi problemlər qalmaqdadır. Ümid edirik ki, müxtəlif formatlarda fiziki görüşlər bərpa olunacaq. Hazırkı mərhələdə yeni ideyalar yoxdur, lakin onlar mütləq olacaq”.