Holann Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
- 12 oktyabr, 2026
- 07:46
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Çempionlar Liqası matçı ərəfəsində Fransanın PSJ klubunun müdafiəçiləri Nuno Mendeş və Əşrəf Hakiminin oyununu yüksək qiymətləndirib.
"Report" "Eurosport.fr"ə istinadən xəbər verir ki, norveçli futbolçu Paris təmsilçisinin yüksək oyun səviyyəsinə malik olduğunu bildirib.
"Onların fantastik futbolçuları var və ən yüksək səviyyədə oyun nümayiş etdirirlər. Bütün komanda xüsusidir, lakin daim hərəkətdə olan cinah müdafiəçiləri Mendeş və Hakimini izləmək, həqiqətən, valehedicidir. Biz yaxşı hazırlaşmalıyıq, çünki bu, doğrudan da, xüsusi komandadır", - Holann deyib.
Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Mançester Siti" ilə PSJ arasında görüş oktyabrın 14-də Mançesterdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.