Azərbaycan, Rusiya və Qazaxıstan dənizçiləri "Dəniz Kuboku-2016"ya hazırlaşır - VİDEO

Multimedia
  • 27 iyul, 2016
  • 12:05
Azərbaycan, Rusiya və Qazaxıstan dənizçiləri Dəniz Kuboku-2016ya hazırlaşır - VİDEO

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi "Dəniz Kuboku-2016" turniri ərəfəsində Azərbaycan, Rusiya və Qazaxıstan dənizçilərinin hazırlığından olan kadrları nümayiş etdirib.

"Report" xəbər verir ki, bu il yarışın proqramına yeni sınaq - gəminin xilas edilməsi mərhələsi salınıb.

Ekipaj üzvləri starta sahildə hazırlaşırlar. Hazırlıqlar gəmi bölmələrini xatırladan xüsusi trenajorlarda keçirilir. Şərait maksimum dərəcədə döyüş hazırlığına yaxın hala gətirilib.

"Dəniz Kuboku-2016" yarışması avqustun 1-dən 13-dək Xəzər dənizinin akvatoriyasında keçiriləcək. 

Azərbaycan, Rusiya və Qazaxıstan dənizçiləri "Dəniz Kuboku-2016"ya hazırlaşır - VİDEO

44 - Tezliklə