Tural Gəncəliyev: “Azərbaycan suverən ərazilərindən qoşununu çıxara bilməz”
- 16 noyabr, 2022
- 07:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Fransa senatının ötən gün qəbul etdiyi qətnamə absurddur, çünki Azərbaycan suverən ərazilərndən qoşununu çıxara bilməz”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
“Bu qətnamə ilə bağlı Sarbonna universitetindən hüquq tələbəsi dəvət etsinlər ki, buna hüquqi qiymət versin. Gərək biz bu məsələ ilə bağlı bəyanat hazırlayaq. Bu antiazərbaycan sənədi rədd edirik, qınayırıq. Biz regionda əbədi sülhün olmasını istəyirik. Yenisey sarayında oturan, Fransanın xarici işlərini idarə edən, özlərini yeni Napoleon hesab edənlər unutmamalıdırlar ki, Azərbaycanla bu dildə, bu tərzdə danışmaq yol verilməzdir. Təbii ki, yeni napoleonlar, Azərbaycana qarşı Ermənistanın revanşist qüvvələri vasitəsi ilə savaş açacaqlarsa, onda qarşılarında yeni Vaterloo görəcəklər”, - deyə o, qeyd edib.