Samir Şərifov: “Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”

Milli Məclis
  • 10 noyabr, 2022
  • 10:20
Samir Şərifov: “Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”
Samir Şərifov

“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

QHT-lərə vəsaitlərin ayrılmasından danışan nazir bildirib ki, bu istiqamətdə bir neçə təklif səsləndirilib:

“Həm siyasi partiyalar, həm də QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət tərəfindən yardım göstərilir. Bu yardım ola bilsin ki, ildən-ilə istənilən həcmdə artırılmır. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzində olacaq”.