Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edilib

Milli Məclis
  • 28 dekabr, 2018
  • 08:01
Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan layihədə Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunub.

Layihə müzakirədən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

44 - Tezliklə