Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB

Milli Məclis
  • 10 iyul, 2026
  • 18:37
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 13-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, iclasda 22 məsələ müzakirə olunacaq.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi

2. "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

3. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

4. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

5. "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

6. "Kraudfandinq haqqında" qanun layihəsi (ikinci oxunuş)

7. Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

10. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

11. "Toxumçuluq haqqında" qanun layihəsi (ikinci oxunuş)

12. "Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

13. "Balıqçılıq haqqında" qanun layihəsi (ikinci oxunuş)

14. "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

15. Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

16. Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

17. Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

18. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

19. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

20. "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

21. Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

22. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 13-də keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib.

O, iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib.

44 filmi