Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytarlara Azərbaycanda yaşamaq icazəsi I oxunuşda qəbul edilib

Milli Məclis
  • 27 oktyabr, 2026
  • 11:56
Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytarlara Azərbaycanda yaşamaq icazəsi I oxunuşda qəbul edilib

Milli Məclis əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini ilk oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, layihəyə əsasən, həmçinin iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur.

Belə ki, aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.

İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

44 filmi