Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək - ƏLAVƏ OLUNUB
- 21 oktyabr, 2025
- 16:41

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq sənəd layihəsi daxil olub.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlu, Ağalarov Həmid Azər oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı, Qasımov Vidadi Kamal oğlunun təyin edilməsi təklif olunur.
Gəncə Apellyasiya Məhkəməsinə isə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Tural Nurulla oğlunun namizədliyi irəli sürülüb.
Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi müzakirə olunacaq.
Qeyd edək ki, layihə parlamentin oktyabrın 24-də keçiriləcək iclasda müzakirə ediləcək.