Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 4 ay uzadıldı
Milli Məclis
- 18 dekabr, 2020
- 07:28
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.
Son xəbərlər
13:03
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Fərdi13:03
Azərbaycanda hava sabah 40 dərəcəyədək isti olacaq
Ekologiya13:03
Serbiya ilə ABŞ arasında strateji dialoq keçiləcək
Digər ölkələr13:02
Video
Azərbaycan və Slovakiya prezidentlərinin Şuşa görüşündən video paylaşılıb
Xarici siyasət12:59
Romada İsrail və Livan arasında danışıqların altıncı raundu keçiriləcək
Digər ölkələr12:57
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Media12:54
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib
Sosial müdafiə12:52
Kos: Aİ ölkələri hələ ki Serbiyanın Avropaya inteqrasiyası üzrə konsensusa nail ola bilməyiblər
Digər ölkələr12:46