Romada İsrail və Livan arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 14 iyul, 2026
  • 19:40
Romada İsrail və Livan arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB

Romada İsrail və Livan arasında növbəti danışıqlar raundunun ilk günü başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Telekanal ilk günün yekunlarını hələlik təqdim etməyib, çərçivə sazişinin icrası ilə bağlı danışıqların sabah davam etdiriləcəyi gözlənilir.

Daha əvvəl İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkə ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş sazişə uyğun olaraq qoşunların Livanın cənubundakı iki rayondan çıxarılması üzrə planların icrasına başlamağa hazırdır.

Bu gün Romada İsrail və Livan arasında danışıqların altıncı raundu keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Raund iki gün davam edəcək.

Tərəflərin İsrail Müdafiə Ordusunun çıxmalı olduğu ərazilərdə Livan ordusunun yerləşdirilməsini nəzərdə tutan pilot proqramı müzakirə edəcəkləri gözlənilir. Proqramın məqsədi bu ərazilərin "Hizbullah"ın silah və infrastrukturundan azad olmasını təmin etməkdir.

İsrail nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Yehiel Leyter rəhbərlik edəcək.