2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər

Milli Məclis
  • 10 noyabr, 2021
  • 11:57
2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olaraq hədəfimiz və təklifimiz olacaq ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilsin".

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, yekunda hökumətin qərarı olacaq: "Qərar nə olsa, biz də onu müdafiə edəcəyik".