Kamran Həsənov: Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur

Media
  • 30 may, 2025
  • 11:59
Kamran Həsənov: Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur
Kamran Həsənov

Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov mayın 30-da Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir: 

"Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi ilə üz-üzədir. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir".

K.Həsənov bildirib ki, son illərdə Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkənin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb:

"Mən əminəm ki, bugünkü tədbir bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək".

44 filmi