Diana Ryan: Bütün dünyada olduğu kimi Azərbaycanda da getdikcə daha çox insan TikTok-da canlı yayımdan istifadə edir
- 13 iyul, 2026
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bütün dünyada olduğu kimi Azərbaycanda da getdikcə daha çox insan TikTok-da canlı yayımdan istifadə edir və bu da yaradıcılıq, səmimi ünsiyyət üçün unikal imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu "TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə deyib.
Onun sözlərinə görə, dünyada hər gün 1 milyarddan çox insan "TikTok"a daxil olur.
"Bu ilin birinci rübündə Azərbaycan seqmenti üzərində 600 mindən çox video "TikTok" mütəxəssisləri tərəfindən platformadan silinib. Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqdan məmnunuq və buna davam edirik", - D.Ryan əlavə edib.