Xalq artisti Tofiq Bakıxanov dəfn olunub - YENİLƏNİB-2
- 25 avqust, 2026
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Xalq artisti Tofiq Bakıxanov dəfn olunub.
"Report" xəbər verir ki, mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak ediblər.
Mərhumun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılır.
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.