Səadət Yusifova: Xarici investorlar son üç ildə Azərbaycan kino sənayesinə 12 milyon dollar yatırıblar
- 31 iyul, 2026
- 19:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Xarici investorlar tərəfindən son üç ildə Azərbaycan kino sənayesinə 12 milyon dollar yatırılıb.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Nizami Kino Mərkəzində 2 avqust Azərbaycan Kinosu Gününə həsr olunmuş xüsusi tədbirdə açılış nitqi zamanı deyib.
Nazir müavini deyib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən milli kinonun inkişafına göstərilən qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir:
"Kinomuzun inkişafı üçün dövlət büdcəsindən davamlı maliyyə ayrılması ilə yanaşı, artıq bu sahədə özəl şirkətlər tərəfindən investisiyaların yatırılmasının şahidiyik".
S.Yusifova son 3 il ərzində xarici investorlar tərəfindən Azərbaycanda kino sənayesinə 12 milyon dollar vəsaitin yatırıldığını qeyd edib. O, kino sahəsində kadr hazırlığı məsələsinin də xüsusi diqqətdə saxlanıldığını vurğulayıb.
"Artıq bu istiqamətdə 15-dən çox tələbənin təhsil alması üçün dövlət tərəfindən dəstək göstərilir", - nazir müavini bildirib.