​İtaliyada məşhur rejissor dünyasını dəyişib

Mədəniyyət
  • 10 yanvar, 2015
  • 16:07
​İtaliyada məşhur rejissor dünyasını dəyişib

Bakı. 10 yanvar. REPORT.AZ/ Məşhur italiyalı rejissor və ssenariçi Françesko Rozi şənbə günü Romada 92 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, kino karyerasına 1948-ci ildə “Yer titrəyir” filmində rejissor Lukino Viskontinin köməkçisi qismində başlayıb.

Rozi sonralar kino sənayesinin Mikeləncelo Antonioni, Mario Moniçelli, Tonino Querra, Paskualino De Santis və s kimi simaları ilə çalışıb.

Rozi çoxlu sayda kino mükafatına layiq görülüb.

O, xüsusilə 1962-ci ildə Berlin kinofestivalının Gümüş ayı, 1963-cü ildə Venesiya kinofestivalının Qızıl şir mükafatları, həmçinin 1972-ci ildə Kann festivalının Qran-prisinə layiq görülüb.