Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
- 23 yanvar, 2017
- 09:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yanvarın 26-da saat 11:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda (9-cu mkr., Z.Hacıyev küçəsi, Heydər Əliyev parkı) Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından və Sumqayıt şəhərinin vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
| Sıra №-si | Şəhər (rayon) | əlaqələndirici şəxs | əlaqə telefonu |
| 1. | Sumqayıt şəhəri | Mehman Şükürov | (050) 319-18-25 (018) 654-46-51 |
| 2. | Abşeron rayonu | İlham Manafov | (050) 314-89-86 (012) 342-11-32 |
| 3. | Xızı rayonu | Möhsün Bağırov | (070) 604-22-66 (02331) 5-03-45 |
| 4. | Qubadlı rayonu | İlham Əhmədov | (055) 359-39-39 (018) 644-52-24 |
| 5. | Şuşa rayonu | Zahid Abbasov | (050) 221-30-09 (012) 567-88-74 |
| 6. | Zəngilan rayonu | Mehman Nəsirov | (050) 635-98-82 (012) 341-40-20 |