Bakıda Koreya K-Pop musiqi festivalı keçirilib

Mədəniyyət
  • 12 sentyabr, 2025
  • 16:14
Bakıda Koreya K-Pop musiqi festivalı keçirilib

Bu gün Bakı Musiqi Akademiyasının Opera zalında K-Pop janrında Koreya musiqi festivalı keçirilib.

"Report" xəbər verir ki, tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak edib və tədbir böyük coşqu ilə baş tutub. Bu, Azərbaycanın gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib.

Bu il festival üçün ümumilikdə 24 komanda müraciət etmiş, onlardan yalnız seçmə turu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb.

İştirakçılar səhnədə hazırladıqları K-POP rəqslərini böyük həvəslə təqdim edib, tamaşaçılar isə onları gurultulu alqış və səmimi dəstəklə qarşılayıb. Nəticədə  yarışmanın qalibi (00 komandası), ikinci yerin sahibi isə (00 komandası) olub.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu çıxışında festivalda iştirak edən bütün komandaları təbrik edərək, K-POP-un artıq sadəcə musiqi janrı olmaqdan çıxıb bütün dünyanın sevdiyi qlobal mədəniyyət hadisəsinə çevrildiyini vurğulayıb.

O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın gənc nəslinin ehtirası və yaradıcılığı Koreya ilə Azərbaycanı daha da yaxınlaşdırıb və iki ölkəni daha geniş dünyaya bağlayan bir körpü rolunu oynayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti