Türkdilli ölkələrin birgə çəkdiyi Molla Nəsrəddin haqqında film ilin sonuna qədər təqdim olunacaq

Mədəniyyət siyasəti
  • 19 fevral, 2026
  • 13:51
Türkdilli ölkələrin birgə çəkdiyi Molla Nəsrəddin haqqında film ilin sonuna qədər təqdim olunacaq

Kino Agentliyi ilin sonuna qədər, ən azı, 6 filmin premyerasını həyata keçirəcək.

Bunu "Report"a müsahibəsində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, cari ilin ilk rübü üzrə uşaqlar üçün tarixi-macəra filmi olan "Akinak", daha sonra "Buzlar əriyəndə" filminin premyerasının təşkili nəzərdə tutulur.

"Eləcə də ən çox gözlənilən "44" bədii filminin təqdimatı da yaxın zamanlar üçün gözlənilir. Digər böyük layihələr də artıq yaxınlaşır. Məsələn, "Mənə bənzər adam", "Borc", "Molla Nəsrəddin: Çətin günlərimin dostu" filmlərinin də bu il ərzində təqdimatı baş tutacaq", - o vurğulayıb.

Qeyd edək ki, "Molla Nəsrəddin: Çətin günlərimin dostu" Türkdillli ölkələrin birgə layihəsidir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

44 filmi