Qətər və Küveytin baş nazirlərinin müavinləri Bakıya səfər edəcəklər

Mədəniyyət siyasəti
  • 18 aprel, 2016
  • 15:20
Qətər və Küveytin baş nazirlərinin müavinləri Bakıya səfər edəcəklər

Bakı. 18 aprel. REPORT.AZ/ BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Qətərin baş nazirinin müavini Əhməd bin Abdallah Əl-Mahmud və Küveytin baş nazirinin birinci müavini Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah Bakıya səfər edəcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. 

44 - Tezliklə