Nazir: “Gəncədəki “Nizami” kinoteatrı yararsız vəziyyətdədir”

Mədəniyyət siyasəti
  • 03 fevral, 2022
  • 11:48
Nazir: “Gəncədəki “Nizami” kinoteatrı yararsız vəziyyətdədir”

“Gəncədə balansımızda olan “Nizami” kinoteatrı yararsız vəziyyətdədir. Səfərimizin məqsədi balansımızda olan müəssisələrə baxış keçirməkdir. Müəyyən edək ki, hara müdaxilə edə və təmir edə bilərik”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir neçə mədəniyyət müəssisəsi təmir edilib:

“Bu müəssisələrə baxış keçirdikdən və onların vəziyyəti öyrəniləndən sonra təkliflər hazırlanacaq. Ya nazirliyin imkanları, ya da Fondun dəstəyi ilə bu işləri görəcəyik. Onların arasında Nizami kinoteatrı da var. Belə böyük şəhərlərdə kinoteatrlar çox olmalıdır”.