Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Mədəniyyət siyasəti
  • 26 iyul, 2017
  • 12:15
Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 26 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqust ayının 1-də saat 11ºº-da Şəki şəhərində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174 ) Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.