Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək

Mədəniyyət siyasəti
  • 27 avqust, 2018
  • 08:47
Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Report

Bakı. 27 avqust. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) olacaq. 

Görüşdə Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşların nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazılmaları mümkündür. 

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin müvafiq rayonların Mədəniyyət şöbələrinə müraciət edə bilərlər. 

44 - Tezliklə