Dağıstanda Azərbaycan mədəniyyət həftəsi keçirilir

Mədəniyyət siyasəti
  • 31 may, 2018
  • 06:30
Dağıstanda Azərbaycan mədəniyyət həftəsi keçirilir
РИА Дагестан

Bakı. 31 may. REPORT.AZ/ Dağıstanın paytaxtı Mahaçqala şəhərindəki Poeziya Teatrında Azərbaycanın poeziya, musiqi və teatr mədəniyyəti həftəsi başlayıb.

"Report" RİA "Dağıstan"a istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Dövlət Dram Teatrı  dramaturq Sabit Rəhmanın pyesi əsasında Dağıstanın əməkdar mədəniyyət işçisi, rejissor Yaqut Xandadaşovun səhnələşdirdiyi "Hicran" tamaşasını göstərib.

Qeyd edək ki, Azərbaycanın poeziya, musiqi və teatr mədəniyyəti həftəsi mayın 31-də konsert və Dərbəndin "Gülüstan" ədəbi dərnəyinin üzvləri ilə görüşlə davam edəcək.

44 - Tezliklə