Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb - YENİLƏNİB

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 18:12
Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb - YENİLƏNİB

Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahlar Ağdam İmarət Kompleksini də ziyarət ediblər.

Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdam şəhərinə səfəri başlayıb.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahlar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət ediblər.

Qonaqlara Ağdam Cümə Məscidinin tarixi və təbiəti, işğaldan öncə və işğal dövrü barədə məlumat verilib.

Səyyahlar Ağdam şəhərində işğal zamanı törədilən dağıntılar və işğaldan sonra, şəhərdə aparılan quruculuq işləri, həmçinin digər tarixi və mədəni məkanları ziyarət edəcəklər.

44 - Tezliklə