Mehrac Mahmudov: Dünyanın 600-dən çox tanınmış səyyahının Qarabağa səfərini təşkil etmişik

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 18:28
Mehrac Mahmudov: Dünyanın 600-dən çox tanınmış səyyahının Qarabağa səfərini təşkil etmişik

Dünyanın 600-dən çox tanınmış səyyahının Qarabağa səfəri təşkil edilib.

Bu fikirləri "Report"un Ağdama ezam olunan əməkdaşına müsahibəsi zamanı, Nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilərin səfərlərini təşkilatçısı Mehrac Mahmudov səsləndirib.

"Bu bizim Qarabağa 17-ci gəlişimizdir. Artıq dünyanın 600-dən çox tanınmış səyyahının Qarabağa səfərini təşkil etmişik", - o bildirib.

M. Mahmudovun sözlərinə görə, əsas məqsəd Qarabağda ermənilərin nə qədər dağıntılar törətdiyini göstərməkdir:

"Həmçinin hazırda burada necə quruculuq işləri aparılır. Bildiyiniz kimi, səyyahlarının hər birinin sosial şəbəkə hesablarında kifayət qədər izləyici kütləsi var. Onlar öz paylaşımları ilə Qarabağın tarixi, indiki quruculuq mərhələsini, ən əsası bu yerlərin turizm bölgələri barədə öz izləyicilərinə geniş məlumat verirlər".

44 filmi