​2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub

Mədəniyyət siyasəti
  • 10 yanvar, 2016
  • 12:31
​2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub

Bakı. 10 yanvar. REPORT.AZ/ 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevyanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında elan edib.

Dövlət başçısı yekun nitqində 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib.

Prezident ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.