Fariz Rzayev: Azad olunmuş ərazilərdə mina problemi itkin düşmüş şəxslərin axtarışına maneə törədir

Daxili siyasət
  • 07 oktyabr, 2026
  • 10:08
Fariz Rzayev: Azad olunmuş ərazilərdə mina problemi itkin düşmüş şəxslərin axtarışına maneə törədir

Azad olunmuş ərazilərdə mina problemi itkin düşmüş şəxslərin axtarışına maneə törədir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

Onun sözlərinə görə, Azərbaycaın 4000-dən çox vətəndaşı iki müharibə müddətində itkin düşüb:

"Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra çoxsaylı məzarlıqlar aşkar edilib. Onların bəziləri layiqli şəkildə dəfn edilsə də, çoxlarının taleyi müəmmalı qalır. İtkin düşmüş şəxslərin axtarış işlərinə mina problemi böyük maneə törədir".

44 filmi