Abdulla əl-Zayd: Mədəniyyətlərarası dialoq dinc yanaşı yaşamaq üçün zəruridir
- 07 oktyabr, 2026
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Dinlərarası və mədəniyyətlərarası dialoq xalqlar arasında fikir ayrılıqlarının aradan qaldırılması, qarşılıqlı hörmətin möhkəmləndirilməsi və dinc yanaşı yaşamaq üçün zəruridir.
"Report"un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ümumdünya İslam Liqası baş katibinin müavini Əbdürrəhman Abdulla əl-Zayd Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında bildirib.
Əl-Zaydın sözlərinə görə, dinlər öz mahiyyətində müharibələrə və ya amansız əməllərə çağırmır, zorakılığa bəraət qazandırmaq üçün dindən istifadə halları isə onun yanlış təfsiri və sülhməramlı olmayan məqsədlər üçün istifadə edilməsi ilə bağlıdır.
O qeyd edib ki, dinlər insanları mənəvi məsuliyyətə, müqəddəs dəyərlərə hörmətə və tolerantlığa çağırır.
"Biz həmişə bu müxtəlifliyi dərk etməliyik. O, əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində sonrakı işdə istifadə edilməli və yönləndirilməlidir", - əl-Zeyd deyib.
Onun sözlərinə görə, Ümumdünya İslam Liqası öz qlobal missiyası çərçivəsində mənəvi və mədəni təşəbbüslər həyata keçirir, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqün irəliləməsinə xüsusi diqqət yetirir.
"Mədəniyyət inkişafa aid bütün mümkün problemlərin qarşısını almağa və problemləri sülh və konsensus əsasında həll etməyə imkan verən şeydir", - o qeyd edib.