Polis ​ABŞ-ın şimal-şərqinə düşən meteoriti videoya çəkib - VİDEO

Maraqlı
  • 18 may, 2016
  • 07:00
Polis ​ABŞ-ın şimal-şərqinə düşən meteoriti videoya çəkib - VİDEO

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın şimal-şərqinə meteorit düşüb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, meteoritin alovunun izləri video-lentə alınıb.

Məlumata görə, bu kosmik hadisəni Men ştatının Portlend polis idarəsinin patrulu video-lentə alıb.

İnformasiyaya əsasən, ABŞ-ın meteoritii qeydə alan cəmiyyəti Men, Vermont, Nyu-Gempşir, Massaçusets, Rod-Aylend, Konnektikut, Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarına, eləcə də Kanadaya 400-dən artıq bu göy cisminin düşdüyünü müşahidə edib.

Men ştatının Mineralogiya Muzeyi meteoritin bir kq-dan az olmayan parçasını gətirənə 20 min dollar həcmində mükafat verəcəyini elan edib.

Polis ​ABŞ-ın şimal-şərqinə düşən meteoriti videoya çəkib - VİDEO