"Zəyəm Texnologiyalar Parkı" maliyyə vəziyyətini açıqlayıb
- 11 iyul, 2026
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zəyəm Texnologiyalar Parkı" ASC (ZTP) 2025-ci ili 284 min manat zərərlə başa vurub.
"Report" şirkətin "Tax Audit" MMC-nin audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,4 dəfə azdır.
Bununla belə, "Zəyəm Texnologiyalar Parkı"nın yığılmış zərəri 1,1 % artaraq 26,169 milyon manata çatıb.
Bu il yanvarın 1-nə ZTP-nin aktivləri 19,306 milyon manat olub ki, bu da illik müqayisədə 20 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 28,3 % artaraq 15,893 milyon manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 3,413 milyon manata düşüb.
ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manatdır. Onun səhmlərinin 97,29 %-i "AzMade Group" MMC-yə, 2,71 %-i isə 168 fiziki şəxsə məxsusdur. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.