Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Maliyyə
  • 25 sentyabr, 2018
  • 05:51
Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı. 25 sentyabr.REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarovun ötən gün Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-nə keçirilib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Qəbul saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) baş tutacaq. Qəbulda Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər.