“Union Kredit” BOKT-un öhdəlikləri aktivlərini üstələyib

Maliyyə
  • 27 may, 2022
  • 07:53
“Union Kredit” BOKT-un öhdəlikləri aktivlərini üstələyib

“Union Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 116 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 49,6% və yaxud təxminən 2 dəfə azdır.

Bu il yanvarın 1-nə “Union Kredit”in aktivləri 73 min manat olub ki, bu da illik müqayisədə 3 dəfə azdır. Bunun 5 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 96,8% və yaxud 31,4 dəfə kiçilib.

Hesabat dövründə “Union Kredit”in öhdəlikləri 26,2 % artaraq 279 min manata çatıb, 1 min manatlıq balans kapitalı isə 206 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub.

Xatırladaq ki, “Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır.