UNICEF: Yerli səhiyyə hesabatları modelimiz Azərbaycanda da maraq doğurur

Maliyyə
  • 24 sentyabr, 2025
  • 15:43
UNICEF: Yerli səhiyyə hesabatları modelimiz Azərbaycanda da maraq doğurur

UNICEF-in yerli səhiyyə hesabatları modeli Azərbaycanda da maraq doğurur.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Məlumatlar, Analitika, Planlaşdırma və Monitorinq şöbəsinin seksiya rəisi İv Jak Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

Onun sözlərinə görə, məqsəd rayon səviyyəsində toplanan inzibati səhiyyə məlumatlarını kontekstləşdirərək hər ay hər bir rayon üzrə operativ hesabatlar hazırlamaqdır: "Bu, minlərlə aylıq hesabatın yaradılmasını tələb etsə də, statistik dəqiqlik və yerli kontekstdən imtina edilmir. Yalnız mövcud inzibati məlumat bazalarından istifadə olunur, əlavə xarici mənbələr cəlb edilmir və süni intellekt yalnız hesabat nəticələri üzərində işləyir. Bu, məlumatların təhrif olunma riskini minimuma endirir və hər ay minlərlə icma səviyyəli hesabatın hazırlanmasına imkan verir. Hazırlanan sənədlər icma səhiyyə işçilərinə növbəti ay üçün prioritet olan 4–5 əsas addımı aydın şəkildə göstərir".

İ. Jakın sözlərinə görə, bu model Azərbaycanın rayon səviyyəli səhiyyə məlumatlarının idarə olunması və icma səhiyyə xidmətlərinin planlaşdırılmasında mühüm təcrübə kimi tətbiq oluna bilər: "Dövlət qurumlarının bu istiqamətdə UNICEF-lə əməkdaşlığı səhiyyə siyasətində daha çevik və dəqiq qərarların qəbuluna dəstək verə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti