"Unibank”ın istiqrazlarına 23 investor maraq göstərib
- 30 noyabr, 2022
- 11:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank” ASC-nin 12 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 12 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 23 investor qiyməti 1 000 dollar (8%) və 1 019 dollar (7,6027%), ümumi məbləği isə 12 milyon dollar olan 26 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.