Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb
Maliyyə
- 11 yanvar, 2017
- 14:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının və avronun məzənnəsi tarixi rekord səviyyəyə yüksəlib.
"Report"un NTV-yə istinadən verdiyi xəbərə görə, birjalarda TRY/USD məzənnəsi 3,9075, TRY/EUR məzənnəsi isə 4,1089-ə çatıb.
Məzənnənin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb.
Qeyd edək ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək.
Son xəbərlər
05:08
Mourinyo hakim qərarlarından narazı qalıb
Futbol
04:45
Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb
Digər ölkələr
04:13
İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb
Region
03:49
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
Digər ölkələr
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr