​“Turan Bank”ın məcmu aktivləri bu il 14% artıb

Maliyyə
  • 15 sentyabr, 2014
  • 10:58
​“Turan Bank”ın məcmu aktivləri bu il 14% artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Turan Bank” ASC-nin aktivlərinin həcmi son bir ildə 17,4%, cari ilin əvvəlindən isə 13,9% artaraq sentyabr ayının 1-nə 278,3 mln. manat təşkil edib. Bu barədə “Report”a “Turan Bank”ın mərkəzi ofisindən məlumat verilib.

Hesabat tarixinə Bankın kredit portfeli 203,2 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 12%, bu ilin əvvəlinə nisbətən 14% çoxdur.

Bununla yanaşı, Bankın müştəri hesabları və depozit portfeli 137,5 mln. manat, depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 66,8 mln. manat təşkil edib. Son bir ildə əmanətlərin həcmi 21% artıb.

Həmçinin, sentyabrın 1-nə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Hesabat dövründə məcmu kapital ilin əvvəlinə nisbətən 13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 54,4 mln. manata çatıb.

Qeyd edək ki, 2014-cü ilin yanvar-avqust ayları ərzində "Turan Bank"ın gəlirləri 21,401 mln. manat, xərcləri isə 16,418 mln. manat təşkil edib. Nəticədə, hesabat dövrünü Bank 4,983 mln. manat həcmində balans mənfəəti ilə başa vurub.

44 - Tezliklə