"TCF" BOKT-un xalis mənfəəti 67 % azalıb
- 18 may, 2023
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 270 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 67 % azdır.
Ötən il "TCF"nin vergiyəqədərki mənfəəti 504 min manat (əvvəlki ilə nisbətən 45 % az), mənfəət vergisi ödəmələri isə 234 min manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "TCF"in aktivləri 16,665 milyon manat olub ki, bu da illik müqayisədə 0,2 % azdır. Bunun 12,426 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 4,4 % kiçilib.
Hesabat dövründə "TCF"in öhdəlikləri 1,9 % azalaraq 15,414 milyon manata düşüb, balans kapitalı isə 27,5 % artaraq 1,251 milyon manata çatıb.
Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% "Baku Electronics" MMC-dir.