“TBC Kredit” BOKT illik 12 % gəlirliliklə, 1 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 28 oktyabr, 2022
  • 12:55
“TBC Kredit” BOKT illik 12 % gəlirliliklə, 1 milyon manatlıq istiqraz buraxır

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) yeni istiqrazlarını yerləşdirməyə hazırlaşır.

“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər 6 aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar birqiymətli hərracüsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi